2021-03-01

“Bütün Pakistan Qəzetləri Cəmiyyəti” Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş infoqramlar yayıb

Xocalı soyqırımının 29-cu ildönümünün anılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Bütün Pakistan Qəzetləri Cəmiyyəti” (All Pakistan Newspapers Society - APNS) tərəfindən ingilis və urdu dillərində hazırlanmış infoqramları Pakistanın bir çox kütləvi informasiya vasitələri dərc edib.

İnfoqramların başlığında Xocalı soyqırımından 29 il keçdiyi qeyd olunaraq, 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olduqları, şəhəri yerlə-yeksan etdikləri və əzəli Azərbaycan torpağı olan Dağlıq-Qarabağı işğal etdikləri bildirilib. İnfoqramlarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların sayı, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilib.

İnfoqramlarda o cümlədən, Xocalı Soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması tələbi də vurğulanıb.

Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) Jang, Dawn, Nawa-i-Waqt kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirən təşkilatdır. Sözügedən infoqramlar APNS-ə üzv olan əksər Pakistan qəzetlərində yayılıb. 

Arxiv üzrə axtarış