2021-05-07

Pakistanın “National Herald Tribune” və “İslamabad Post” qəzetlərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı “Heydər Əliyev – müasir Azərbaycanın banisi” və “Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı sərlövhəli məqalələr dərc olunub

Məqalələrdə 10 May, ölkə tarixinə müstəsna töhfələr vermiş və Azərbaycan dövlətçiliyinin formalaşmasında böyük rol oynamış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümü olduğu bildirilib.

Müəlliflər 1993-cü ilin may-iyun aylarında Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğu və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi zaman, Azərbaycan xalqı tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsinin tələb edildiyi, eləcə də o zamankı Azərbaycan rəhbərliyinin Heydər Əliyevi rəsmi olaraq Bakıya dəvət etmək məcburiyyətində qaldığını vurğulayıb. 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi diqqətə çatdırılıb.

Yazılarda 1993-2003-cü illərdə, 10 il müddətində müasir Azərbaycanın Heydər Əliyevin rəhbərliyi altında müsbət dəyişiklik, inkişaf və rifah səviyyəsinin yüksəlməsi sahəsində uğurlu bir yol keçdiyi oxucuların diqqətinə çatdırılıb, Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə milli birliyi təmin etdiyi, onu qoruyub saxladığı və iqtisadi inkişafı təmin etməklə güclü demokratik təsisatların qurulması üçün yorulmadan çalışdığı bildirilib.

Məqalələrdə “Əsrin müqaviləsi”nin, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasına əsaslanan, ölkənin geosiyasi mövqeyini və iqtisadi inteqrasiyanı gücləndirməyə zəmin yaradan siyasətin zəfəri olduğu qeyd olunub. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının da Heydər Əliyevin neft strategiyasının böyük uğurlarından biri olduğu diqqətə çatdırılıb.

Müəlliflər ümummilli liderin daima Pakistana xüsusi diqqət yetirdiyi və Pakistanla Azərbaycan arasındakı münasibətləri qardaş və strateji adlandırdığından da bəhs edilib.

Yazılarda Heydər Əliyevin karyerası boyu milyonlarla insanın sevgisini və hörmətini qazanan əvəzedilməz bir lider olduğu bildirilərək, onun indi həyatda olmadığını, lakin ideya və irsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşadığını, Heydər Əliyevin yürütdüyü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Arxiv üzrə axtarış