2021-10-18

Pakistan qəzetlərində müstəqilliyimizin bərpasının 30-cu ildönümü ilə bağlı məqalələr dərc olunub

Pakistanın “National Herald Tribune” və “Daily Times” qəzetlərində müstəqilliyimizin 30-cu ildönümü ilə bağlı məqalələr dərc olunub.

Məqalələrdə bu il, oktyabrın 18-i, Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümünün qeyd olunduğu vurğulanıb.

Müəllif Azərbaycanın öz suverenliyini iki dəfə bərpa etməli olduğunu qeyd edərək, 1918 -ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşadığını və bu müstəqilliyi ölkəmizin 1991-ci ilin 18 oktyabr tarixində yenidən bərpa etdiyini bildirib.

Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlər və risklərin olduğunu qeyd edən müəllif, məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırıb. Müəllif, Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb.

Yazılarda, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Azərbaycanın bütün sahələrdə dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğu ifadə edilərək, bu ölkənin bölgəyə sabitlik və təhlükəsizlik gətirmək üçün nəhəng layihələrə fəal şəkildə təşəbbüs göstərən əsas oyunçuya çevrildiyi bəyan edilib və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu və Cənubi Qafqaz Boru Kəməri kimi layihələr nümunə olaraq göstərilib. Azərbaycanın rəhbərliyi altında həyata keçirilən enerji layihələrinin nəinki xalqın rifahına xidmət etdiyi, həm də Avropanın enerji təhlükəsizliyi maraqlarına xidmət etdiyi xüsusi vurğulanıb. Azərbaycanın müasir nəqliyyat infrastrukturu formalaşdıran nəqliyyat dəhlizlərinin yaradılmasında fəal rol oynadığı qeyd olunaraq, Şərq-Qərb və Şimal-Cənub tranzit yollarının Azərbaycandan keçməsinin təsadüfi olmadığı da diqqətə çatdırılıb.

Məqalələrdə, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq aləmdə əməkdaşlıq da daxil olmaqla, regional və qlobal səviyyədə fəaliyyətini genişləndirərək dərinləşdirdiyi qeyd olunaraq, Azərbaycanın regionun lideri və beynəlxalq aləmdə etibarlı tərəfdaşı kimi tanındığı vurğulanıb.

Məqalələrdə bu il, bu əlamətdar günün Azərbaycanda xüsusi qeyd olunduğu vurğulanaraq, Azərbaycan Silahlı Qüvvələrinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdiyi diqqətə çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin BMT TŞ-nin qətnamələrini təkbaşına yerinə yetirdiyi xüsusi qeyd olunub.

Müəllif Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın orada apardığı bərpa və quruculuq işlərindən bəhs edib, eləcə də regionda yeni reallığın yarandığını və bu reallığın bütün region ölkələrinə iqtisadi fayda gətirəcəyini bildirib

Məqalələrin sonunda Pakistan İslam Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu da qeyd olunub.

https://dailytimes.com.pk/831029/azerbaijan-anniversary-of-its-independence/

https://www.dailynht.com/epaper/page.php?id=8&edition=lahore&dt=18-10-2021

 

Arxiv üzrə axtarış