2021-11-17

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şafqat Mahmud ilə görüşüb

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şafqat Mahmud ilə görüşüb.

Görüşdə, səfir Xəzər Fərhadov ölkələrimiz arasındakı səmimi münasibətlərdən söhbət açıb, elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin cari vəziyyəti, eləcə də gələcək prospektləri barədə danışıb. Azərbaycanın Vətən Müharibəsi barədə geniş məlumatları diqqətə çatdıran səfir, bu dövrdə Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Pakistan Hökumətinə və xalqına təşəkkür edib.

Nazir Şafqat Mahmud səfir Xəzər Fərhadovu yeni təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nazir, ölkəmizin Vətən Müharibəsində əldə etdiyi qələbə və torpaqların erməni işğalından azad olunması münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib, Pakistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib. İki ölkə arasındakı yüksək səviyyəli münasibətlərə toxunan Şafqat Mahmud, elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində işlərin aparılacağını əminliklə ifadə edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Arxiv üzrə axtarış