2022-05-30

Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Pakistan İslam Respublikasının Senatı ilk dəfə olaraq ümumi Senat səviyyəsində yekdilliklə diplomatik münasibətlərimizin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyən, Vətən müharibəsindəki tarixi qələbəmizi təbrik edən, Xocalı soyqırımını qınayan və ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün sahələrdə inkişafını dəstəkləyən qətnamə qəbul etmişdir.

 

Qətnamədə deyilir:

i) Senat Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini izhar edir.

ii) Senat Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyini bir daha təsdiq edir və Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən təxminən otuz il davam edən işğalından azad edilməsi ilə başa çatan 2020-ci ildəki tarixi qələbəsini böyük sevinclə qeyd edir.

 

iii) Həmçinin, Senat davamlı və dəyişməz mövqeyini vurğulayaraq, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən 1 fevral 2012-ci il tarixində qəbul edilmiş Xocalı soyqırımını qınayan qətnaməni bir daha təsdiq edir.

 

iv) Senat Azərbaycan və Pakistan tərəfindən bir-birilərinin rifahı və təhlükəsizliyinin güclənməsi naminə iqtisadi bağlantılar, ticarət, sərmayə, insanlar arasında təmaslar, habelə tarixi dostluq əlaqələrindən qaynaqlanan ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün sahələrinin inkişafında atılan birgə mühüm addımları hərtərəfli dəstəklədiyini bir daha bəyan edir.

 

 

Arxiv üzrə axtarış