2022-05-12

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikası Milli Assambleyasının spikeri Raja Pervaiz Əşrəf ilə görüşüb.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikası Milli Assambleyasının spikeri Raja Pervaiz Əşrəf ilə görüşüb.

Səfir Xəzər Fərhadov görüşün əvvəlində Milli Assambleyanın spikeri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini izhar edərək Raja Pervaiz Əşrəfə gələcək məsuliyyətli fəaliyyətində uğurlar arzu edib və strateji müttəfiqlik səviyyəsində olan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi işinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib. 

Öz növbəsində Raja Pervaiz Əşrəf təbrikə görə təşəkkürünü çatdıraraq, fəaliyyətində rəsmi İslamabadın dost və qardaş Azərbaycan ilə hərtərəfli əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin sürətli inkişafına verdiyi müstəsna əhəmiyyəti rəhbər tutub, bu prosesə öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı Azərbaycan-Pakistan münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış