2022-11-08

Pakistanda “Qarabağ Azərbaycandır”, “Zəfər Günü” adlı flaşmoblar keçirilib

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan flaşmoblar keçirib. Flaşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.

Flaşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.

 

 

Arxiv üzrə axtarış