2023-08-14

Azərbaycanın turizm potensialı Pakistanda nümayiş etdirilib

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi 12-13 avqust 2023-cü il tarixlərində bu ölkənin Ravalpindi şəhərində keçirilmiş “1-ci  Pakistan Beynəlxalq Turizm İnvestisiya Ekspo”da (1st Pakistan International Tourism Investment Expo) iştirak edib. Tədbirin rəsmi açılış mərasimində çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan-Pakistan münasibətlərindən, Pakistan vətəndaşlarının da asanlıqla əldə etdiyi “ASAN Viza” sistemindən, eləcə də ölkələrimiz arasında həyata keçirilən birbaşa uçuşlardan bəhs edib və Azərbaycanın yüksək turizm potensialı barədə geniş məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Sözügedən Ekspoda Azərbaycan stendi qurulub və ölkəmizin tarixini, mədəniyyətini, milli mətbəxini və turizm potensialını göstərən müxtəlif əyani materiallar, habelə videoçarxlar nümayiş etdirilib. İki gün boyunca davam etmiş Ekspoda Azərbaycan stendinə böyük maraq göstərilib.

Arxiv üzrə axtarış