2025-04-21

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi Müasir Dillər Universiteti (NUML) tərəfindən İslamabad şəhərində təşkil edilmiş "Yaz Festivalı 2025" adlı tədbirdə iştirak edib

21 aprel 2025-ci ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universiteti (NUML) tərəfindən İslamabad şəhərində təşkil edilmiş "Yaz Festivalı 2025" adlı tədbirdə iştirak edib.

Bu münasibətlə səfirlik tərəfindən açılmış Azərbaycan stendində ölkəmizin milli yeməkləri və desertlərindən ibarət müxtəlif kulinariya nümunələri, tariximizə və mədəniyyətimizə aid suvenirlər təqdim olunub.

 

Arxiv üzrə axtarış