Pakistan universitetində Xocalıya dair fotosərgi təşkil olunub
Azərbaycan səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Pakistanın nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Milli Universitetində (NUML) fotosərgi təşkil edib.
İki gün davam edən sərgidə Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımının qurbanları əks olunan fotoşəkillər, çap materialları nümayiş etdirilib. Universitetin müəllim və tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri fotosərgiyə baxıblar. Onlara erməni silahlı birləşmələrinin Xocalıda xüsusi amansızlıqla törətdiyi cinayətlər, Azərbaycanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.