YUNESKO ÜMUMDÜNYA İRS KOMİTƏSİNİN 43-CÜ İCLASI

Azərbaycan  Respublikası Prezidentinin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında 2019-cu il 2 Aprel tarixli 1074 nömrəli Sərəncamına əsasən, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən səndi təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Prezidenti nin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə “ASAN Viza” sistemi vasitəsilə elekron vza almaq imkanı olacaqdır. Elektron vizanın alınması Sistemin internet informasiya ehtiyatı (www.evisa.gov.az ) üzərindən həyata keçirilir. Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza almaq üçün müraciətlərinə 3 iş günü müddətinə, sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə 3 saat ərzində baxılır.

Arxiv üzrə axtarış