2016-08-05

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın davamı və perspektivləri, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılmışdır. Ermənistanın son təxribatları, Azərbaycanın işğal olunmuş qədim torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlarda erməni hərbi birləşmələri tərəfindən törədilən vəhşiliklər haqqında məlumat verən səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirmişdir.

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman, Pakistanın  Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd etmiş, Pakistanın müdafiə sənayesi müəssisələrinin yeni istehsal imkanları haqqında məlumat verərək Pakistan Hərbi Hava Qüvvələrinin bu sahədə də Azərbaycanla səmərəli əməkdaşlıq edə biləcəyini diqqətə çatdırmışdır.

Arxiv üzrə axtarış